AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Facebook-dan Rusiya nümayəndə heyətinin Vyanadakı səhifəsinin blokdan çıxarılması tələb edilib

  • + A
  • - A
  • 16-01-2022, 22:46

    Facebook-dan Rusiya nümayəndə heyətinin Vyanadakı səhifəsinin blokdan çıxarılması tələb edilib

    “Roskomnadzor” Amerikanın “Meta” şirkətindən Vyanada hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə danışıqlarda iştirak edən Rusiya nümayəndə heyətinin “Facebook” sosial şəbəkəsində rəsmi səhifəsinə girişi dərhal bərpa etməyi tələb edib. Azadmedia.az RİA Novosti-yə istinadən xəbər verir ki, RKN həmçinin Facebook sosial şəbəkəsinin sahibi olan şirkətdən məhdudiyyətlərin səbəbləri barədə məlumat verməsini xahiş edib.

    Rusiya departamentinin məktubunda vurğulanır ki, sosial şəbəkə administrasiyasının bu hərəkətləri informasiyanın sərbəst yayılması və ona maneəsiz çıxışın əsas prinsiplərini pozur. Roskomnadzor bu hərəkəti senzura aktı kimi qiymətləndirir.

    Daha əvvəl nümayəndə heyətinin rəhbəri Konstantin Qavrilov bildirmişdi ki, Facebook onların hərəkətlərini hesabda qadağan olunmuş məzmunun olması ilə izah edir. Lakin nümayəndə heyətinin nümayəndələri yalnız Rusiya rəhbərliyinin və Rusiya Xarici İşlər Nazirliyinin bəyanatlarını təkrar dərc ediblər.

    Tərcümə etdi:Elnurə


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR