AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prezident İlham Əliyevin, Göygöl, Kəlbəcər və Laçına səfəri xüsusi əhəmiyyət daşıyır

  • + A
  • - A
  • 29-06-2022, 10:58

    Prezident İlham Əliyevin, Göygöl, Kəlbəcər və Laçına səfəri xüsusi əhəmiyyət daşıyır

    Ceyhun Məmmədov,
    Millət vəkili

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Silahlı Qüvvələri Günündə Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi xüsusi əhəmiyyət daşıyır.
    Cənab Prezident özü də çıxışında səfərin bu tarixə düşməsinin təsadüfü olmadığını qeyd edərək əsas məqsədinin Silahlı Qüvvələr Günündə hərbçilərlə bir yerdə olaraq onlarla görüşmək olduğunu bildirdi və bunun çox böyük rəmzi məna daşıdığını vurğuladı.
    Prezident İlham Əliyevin səfər zamanı Kəlbəcər İşğal və Zəfər muzeyləri kompleksinin, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin, Kəlbəcər rayonunda su istehsalı zavodunun təməlini qoyması Böyüq Qayıdış prosesinin sürətləndirilməsi istiqamətində önəmli hadisədir.
    Cənab Prezident tərəfindən 26 iyun tarixində təməli qoyulan 34 hektar ərazidə salınması nəzərdə tutulan “İstisu” İstirahət-Müalicə Kompleksi istifadəyə verildikdən sonra 300 nəfərə xidmət etməklə bölgəyə geniş turist axınının olmasına imkan yaradacaqdır.
    Çətin relyef şəraitində inşa edilən tunellərin tikintisi ilə tanış olan Prezident İlham Əliyev həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən bu tunellərin inşa edilməsinin vacibliyini qeyd etdi. Bu tunellər vasitəsilə Kəlbəcər və Laçın rayonlarına gediş-gəliş daha sürətli və rahat olacaqdır.
    Əlavə olaraq, bölgəyə daha rahat çatmaq və turizm zonası olaraq bu ərazilərin inkişaf etdirilməsi üçün Laçın rayonunda inşa edilən yeni hava limanı bu istiqamətdə böyük rol oynayacaqdır.
    Ali Baş Komandan İlham Əliyevin Kəlbəcər rayonunda hərbi hissənin açılışında iştirak etməsi, Silahlı Qüvvələr Günündə hərbçilərə öz diqqət və qayğısını ifadə etməsi xüsusi əhəmiyyət daşıyır və Prezident İlham Əliyevin yüksək liderlik bacarıqlarını göstərir.
    İşğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin görülməsi, Böyük Qayıdış prosesinin sürətləndirilməsi gücümüzü, məqsədimizi, birliyimizi, xalqımızın böyüklüyünü bir daha göstərir.
    Ali Baş Komandanımızın qətiyyətli mövqeyi, xalqımızın birliyi və ordumuzun əzmi ilə ölkəmiz istədiyi bütün hədəflərə nail ola bilmə bacarığına sahibdir və qarşıya qoyulan bütün məqsədlər icra ediləcəkdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR