AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakının bu əraziləri subasma təhlükəsi ilə üz-üzədir

  • + A
  • - A
  • 2-11-2018, 13:13

    Bakının bu əraziləri subasma təhlükəsi ilə üz-üzədir














    Trend məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planalma ekspedisiyasının rəisi Əziz Qaralov bildirib ki, Binəqədi rayonu, Binəqədi 1-ci mədən yaşayış sahəsində, həmçinin Binəqədi qəsəbəsi, Məlikaslanov küçəsi və ətraf ərazilərdə atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik müşahidə olunur.

    Onun sözlərinə görə, Sabunçu rayonu, Maştağa-Zabrat subasma sahəsi, "Daş karxanası" yaşayış massivi, “Şuşa” şəhərciyi, Zabrat-Məhəmmədi və "Savalan" subasma sahələrində də eyni səbəbdən subasma prosesinin dinamikasında stabil gərginlik qeydə alınır.
    Ə.Qaralov bildirib ki, atmosfer yağıntılarının təsirindən subasma prosesinin dinamikasında stabil gərginlik Qala qəsəbəsindəki subasma sahəsində də müşahidə olunur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR