Rektorun yerli mal allergiyası... - Xeyir vətənə qalmadı...
Azərbaycan Dövlət İqtisad Universiteti “Toyota Abşeron Center” Məhdud Məsuliyyətli Cəmiyyətdən 4 ədəd “Toyota Corolla Live” avtomobili alıb. Bu məqsədlə 135 600 manat sərf olunub.
Bu barədə məlumatı "Yeni Sözçü" qəzeti yazıb. Qəzetin məlumatına görə, ADİU-nun “Toyota Abşeron Center” MMC-dən 4 ədəd “Toyota Corolla Live” avtomobili alması ölkə prezidenti İlham Əliyevin yerli istehsalı dəstəkləmək məqsədilə 15 sentyabr 2016-cı ildə imzaladığı “İcra hakimiyyəti orqanlarının,o cümlədən dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı fərmanının tələblərinə ziddir ki, bununla ADİU rəhbərliyinin mövqeyinin anlaşılmaz olduğu qeyd edilir. Universitet rəhbərliyinin istifadəsində bir neçə xarici markalı avtomobil ola-ola yenidən bu məqsədlə külli miqdarda vəsaitin xərclənməsi israfçılıqdan başqa bir şey deyil.
Faktinfo.az xatırladır ki,Dövlət başçısı dəfələrlə Nazirlər Kabinetinin iclasında məmurlarmıza Naxçıvan Muxtar Respubilkasında istehsal olunan "NAZ-Lifan" avtomobillərindən istifadəni tövsiyə edib.Bunda məqsəd ölkədən çıxarılan valyuta axınının qarşısını almaqdır.Göründüyü kimi,ölkə rəhbərinin məlum tövsiyəsi bəzi səlahiyyətli şəxslərin,o cümlədən ADİU rektorunun yadından çıxıb.