BDU-da yoxlamaların başladığı deyilir - Hələlik bufetdə ilk təftiş aparılır
Bakı Dövlət Universitetinin bufeti bağlanıb.
Bu barədə Axar.az-a məlumat verən tələbələrdən birinin sözlərinə görə, onlara konkret səbəb izah olunmayıb. Bufetə yaxınlaşan tələbələr yemək almaq istəsələr də, qapalı olduğunu görüblər.
Onlara bildirilib ki, bufetdə yoxlama aparılır və müvəqqəti bağlanıb.
Yoxlamaların BDU-nun rektor vəzifəsindən azad edilən Abel Məhərrəmovla əlaqədar olub-olmadığı bilinmir.