Məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
Neftçala şəhər 1 nömrəli tam orta məktəbə Azərbaycanın Milli Qəhrəmanı Samid Gülağa oğlu İmanovun adı verilib.
ONA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı müvafiq qərar verib.
Neftçala Rayon İcra Hakimiyyəti və Təhsil Nazirliyinə bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.