Xəzər dənizi sanki “boğulur”. Çünki Abşeron yarmadası ərazisində sahil boyu uzanan hasarlarla əhatələnib.
Məsələ barədə İctimai Televiziya maraqlı sujet hazırlayıb.
Kanalın hazırladığı sujetdə bildirilib ki, dəfələrlə məsələ barədə tənqidi fikirlər səslənsə də, bu qanunsuz əməllər hələ də davam edir.
Bakı şəhər İcra Hakimiyyətinin Ticarət və xidmət departamentinin əməkdaşı Bayram Həsənov bildirib ki, hasarların sökülməsilə bağlı sahibkarlara məlumatlar verilib.
“Yəqin ki, yaxın gələcəkdə kompleks işlər görüləcək. Bakı şəhər İcra Hakimiyyəti ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və digər inzibati orqanlarının əməkdaşları da bu işdə iştirak edəcəklər. Bəzi yerlərin özəlləşdirildiyi üçün bu məhkəmə işidir”, – deyə Bayram Həsənov bildirib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.