AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əmircanlılar susuz qaldı – Qanunsuz tikililərə görə

  • + A
  • - A
  • 30-08-2019, 14:25

    Əmircanlılar susuz qaldı – Qanunsuz tikililərə görə

    Suraxanı rayonu, Əmircan qəsəbəsinə dörd gündür su verilmir.

    Bu barədə Oxu.Az-a sakinlər şikayət ünvanlayıb.

    Onların sözlərinə görə, qəsəbənin keçid 1847-1848 ünvanında yerləşən beşmərtəbəli binalarda yaşayan sakinlər susuz qalıb.

    Sakinlərin iddiasına görə, “Azərsu” ASC-nin əməkdaşları onlara bildirib ki, suyun kəsilməsinə səbəb Əmircandakı qanunsuz tikililərə su verilməsidir.

    “Azərsu” ASC-dən saytımıza bildirilib ki, ərazidə su ilə bağlı yaranan problem həll olunub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR