Son günlər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov bir neçə saytda davamlı şəkildə tənqid olunur.Yazılanları oxuyarkən belə qənaətə gəlmək olur ki, İcra başçısı haqqında tənqid yazılmır, ona şər, böhtan atılır.Mirdamət Sadıqov kimdir, o nədən təhsil sistemindən uzaqlaşdırılaraq İsmayıllı rayonuna İcra başçısı göndərildi -sualına aydınlıq gətirək. Bilənlər bilir ki, məlum İsmayıllı hadisələri zamanı rayonda hansı vəziyyət yaranmışdı,vəziyyətin bu həddə gəlib çatmasına səbəb olan amillər nələrdən ibarət idi?! Qısası, hakimiyyətin yuxarı eşalonunda baş verənləri yaxşı anlayır,mövcud vəziyyəti ən incə elementlərinə qədər təhlil edirdilər.Təbii,ilk əvvəl baş verən qiyamı yatırtmaq, sonrakı mərhələdə sabitliyin bərqərar olması üçün doğru bir təyinatı həyata keçirmək lazım idi.
Belə bir həssas məqamda əslən İsmayıllı rayonundan olan tanınmış ziyalı, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor Mirdamət Sadıqovun təyinatı təsadüfi sayıla bilməzdi. Hadisələrin sonrakı inkişafı subut etdi ki,ölkə rəhbərliyinin bu seçimi milli mənafe baxımından ali məqsədə xidmət edib.
M.Sadıqov əvvəlki İcra başçısının dövründə rayon sakinlərini incidən, onlara ”hara şikayət edirsən, et”deyən bəzi məmurları işdən kənarlaşdırıbsa, bu o deməkdir ki,onun idarəetmə sistemindəgüclü kollektivçilik ,kollegiyaçılıq mövcuddur. Bunu da bu gün istəməyənlər var və işdən kənarlaşdırılmış bu kəsimin narazı olması başa düşüləndir.
Tək-tük icra başçırandandır ki, əhali ilə davamlı görüşlər keçirir.
Təkcə bu ilin dekabr ayında həm başçı, həm müavinləri əhali ilə bir neçə görüş olub.
Gəlin onlardan bir neçəsinə nəzər salaq.Bunlar Rəsmi məlumatlardır.
"Yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirici tədbir keçirilib”Dekabr ayının 13-də rayon icra hakimiyyətinin akt zalında yeni subsidiya mexanizminə keçidlə bağlı maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev, Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, rayon icra hakimiyyətinin məsul işçiləri, icra nümayəndələri, bələdiyyə sədrləri və fermerlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma işləri aparıldığını və əsaslı infrastruktur layihələr həyata keçirildiyini bildirib. Ölkədə məqsədyönlü islahatların həyata keçirildiyini qeyd edən İsmayıllı Rayon İcra hakimiyyətinin başçısı kənd təsərrüfatının inkişafına geniş dövlət dəstəyi mövcud olmaqla dövlətin diqqət və qayğısı nəticəsində son illərdə rayonda taxılçılıq, meyvəçilik, baramaçılıq, tütünçülük və heyvandarlığın daha da inkişaf etdiyini qeyd edib.
Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev çıxışında deyib ki, bu il aqrar xidmətlərin elektronlaşdırılması istiqamətində mühüm addımlar atılıb. Kənd Təsərrüfatı Nazirliyi 2019-cu ildə əsas fəaliyyət prinsiplərini - fermerlərə yaxınlıq, şəffaf və səmərəli idarəetmə və innovasiyaların tətbiqini özündə birləşdirən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) layihəsini həyata keçirməyə başlayıb. 2020-ci ildən aqrar subsidiyalar məhz elektron sistem üzərindən, fermerlərin bəyanları əsasında veriləcək. Fermerlər və onlara informasiya-məsləhət xidməti göstərən bütün qurumları payızlıq əkinlərin bəyan edilməsi prosesində daha fəal olmalıdırlar. Kənd təsərrüfatı istehsalçılarının gələn il subsidiya alması üçün payızlıq əkinləri bəyan etməsi vacibdir.
Nazir müavini qeyd edib ki, EKTİS sisteminin tətbiqi Azərbaycanda subsidiyaların verilməsində şəffaflığı tam təmin edəcək, aqrodataların toplanmasına, geniş təhlilinə imkan verəcək.
Görüşdə aqrar sektora dövlət dəstəyinin yeni mexanizmi, Aqrar Subsidiya Şurası tərəfindən müxtəlif məhsullar üzrə müəyyənləşmiş əmsallar, fermerlərə veriləcək subsidiyaların aqrar sahənin inkişafına göstərəcəyi müsbət təsir ətrafında fikir mübadiləsi aparılıb, EKTİS-in tətbiqi ilə əlaqədar yerli icra orqanlarının nümayəndələrinin, bələdiyyə təmsilçilərinin və fermerlərin sualları cavablandırılıb.
Qayğıya ehtiyaclı uşaqlar üçün bayram şənliyiDekabrın 18-də "Qala” şadlıq sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. Şadlıq sarayının böyük yolka qurulmuş, şarlarla bəzədilmiş zalında keçirilən bayram tədbirinə xüsusi qayğıya ehtiyaclı uşaqlar dəvət olunmuşdular.
İlk öncə Uşaq və Ailələrə Dəstək Mərkəzinin kollektivi il ərzində gördüyü işlər barədə tədbir iştirakçılarına qısa məlumat verib, problemli ailələrlə, problemli uşaqlarla işləyən bir təşkilat olaraq onlarla sıx əməkdaşlıq şəraitində işləyən idarə, müəssisələrə, xeyriyyəçi iş adamlarına əməkdaşlığa görə razılıqlarını bildirib. Mərkəzin "Nəsimi ili” nə hazırladığı "Məni candan usandırdı” klipi nümayiş etdirilib.
Mərkəzdən bəhrələnən uşaqların Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə hazırladıqları rəqs kompozisiyası da tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Uşaqlar Şaxta baba, Qar qız və məzhəkəçi ilə birlikdə bol-bol rəqs ediblər, şeir deyiblər, əyləniblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Əhmədova, Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov, Əməkdar müəllim Şəfaqət Rəsulov, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı İsmayıllı Rayon Komitəsinin sədri Hafiz Kərimov, Dövlət Sosial Müdafiə Fondu İsmayıllı Rayon şöbəsinin əməkdaşı Fuad Məmmədəliyev çıxış edərək dövlətin xüsusi qayğıya ehtiyaclı uşaqlarla bağlı gördükləri işlərdən danışaraq bu kimi tədbirləri də bu qayğının davamı kimi dəyərləndiriblər, uşaqları təbrik edərək, xoş arzular dilə gətiriblər.
Uşaqlar tədbirdən yeni il hədiyyələri və gələn yeni ilədək xoş hisslərlə xatırlanacaq təəssüratlarla ayrılıblar.
Balik kəndində səyyar görüş-qəbulİsmayıllı rayonunda vətəndaşların problemləri və qayğıları hər zaman diqqət mərkəzində olub. Hər həftə rayon icra hakimiyyətində, eləcədə kəndlərdə vətəndaşların qəbulu keçirilir. Bu qəbullarda vətəndaşlar dinlənilir və onları nərahat edən problemləmlərin həlli istiqamətində işlər görülür. Növbəti səyyar görüş-qəbul rayonunun Balik kəndində olub.
Görüş qəbulda RİH-nin başçısı Mirdaməd Sadıqov əvvəlcə Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin inkişafı və görülən işlərdən, bu işlərin davamı kimi rayonumuzda görülən işlərdən, ölkəmizin və rayonumuzun daha da inkişafı üçün bundan sonra da nəzərdə tutulan planlardan, görüləcək işlərdən ətraflı danışaraq kənd sakinlərinə məlumat verib.
Sonra kənd sakinlərini müraciətləri dinlənilib. Qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçini onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar. Kəndin əsas ümumi problemlərindən əlavə transformatorun qoyulması, qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, arteziandan axan suyun anbara yığılması və kəndin məhəllələrinə paylanması, körpünün təmiri və digər məsələlərin həlli üçün RİH başçısı aidiyyatı üzrə tapşırıqlarını verib, kəndə qaz çəkilməsi məsələsini isə Dövlət Proqramına əsasən növbəti 2020-ci ildə öz həllini tapacağı barədə sakinlərə məlumat verib. Sakinlərin şəxsi problemlərinin də həlli ilə bağlı aidiyyatı qurumlara tapşırıqlar verilib və RİH-nin məsul işçiləri tərəfindən nəzarətə götürülüb.
YekunHeç kiməsirr deyil ki, rayonlarda insanlar rayon rəhbərliyi ilə aralarında yaranan problemləri yoluna qoya bilməyəndəyerli rəhbərliyin özbaşınalığı ilə bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına şikayət göndərirlər. Vəbu şikayətlər qeydiyyata götürülür, sonradanPrezident Administrasiyasının Sənədlərlə və Vətəndaşların Müraciətləri ilə əlaqədar şöbəsi tərəfindən ictimaiyyətə ildə iki dəfə açıqlanır.Bu halın özündə həm islaholunma, həm də ictimai nəzarətin həyata keçirilməsi, ictimai qınaq da dayanır.Respublika vətəndaşları bilir ki, hansı rayonlardan vətəndaşlar daha çox şikayət edir. Bunu da KİV-lər dərc edir. Beləşikayətlərin qrup halında, yoxsa fərdi qaydada olduğu aşkarlanır. Son beləaçıqlama bir müddət əvvəl Prezident Administrasiyasının şöbə müdiri Süleyman İsmayılov tərəfindən edildi. Siyahıda İsmayıllı rayonunun adı qeyd olunmamışdı. Buradan da aydın olur ki, İsmayıllı rayonunun insanları indiki İcra başçısı Mirdamət Sadıqova hörmətlə yanaşırlar. Belə məlum olur ki, Mirdamət Sadıqov insanları narazı salmır, mümkün olduğu qədər onlara qayğı ilə yanaşır.
Yeni ildə cənab başçıya uğurlar diləyirik.