AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ATV-də lağa qoyulan gənc YAP-ın fəal üzvü imiş: "İndi əsgərlikdədir"

  • + A
  • - A
  • 22-04-2017, 11:08

    ATV-də lağa qoyulan gənc YAP-ın fəal üzvü imiş: "İndi əsgərlikdədir"
















    Bu gün AZXEBER.COM informasiya portalında yayımlanan ATV telekanalında "İdeya qazandı" verilişində gəncin lağa qoyulması xəbəri geniş rezonans doğurub.

    "Unikal.org" saytı həmin gəncin kimliyini araşdırıb. Verilişdə qonaq olan gənc Orxan Fəxrəddinov YAP-ın Bərdə rayon Gənclər Təşkilatının sektor müdiri vəzifəsində çalışıb. Bu barədə Təşkilatdan bildiriblər.

    Qeyd olunub ki, O.Fəxrəddinov gənc olmasına baxmayaraq YAP-ın fəal üzvlərindən biridir və o YAP Gənclər Birliyi baş ofisində lahiyələr üzrə sektor müdiri vəzifəsinədək yüksəlib. Orxan həmçinin "Gənc Biznesmen” layihəsinin rəhbəridir. Hazırda hərbi xidmətdə olan O.Fəxrəddinov bu ilin iyul ayında hərbi xidməti başa vuracaq. ATV-nin sözçüsü Turan İbrahimov bildirib ki, O.Fəxrəddinov 2015-ci ildə "İdeya Qazandı" verilişinin fəal iştirakçısı olub.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR