AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Daha 184 azərbaycanlı Ukraynadan ölkəyə gətirildi

  • + A
  • - A
  • 5-03-2022, 21:40

    Daha 184 azərbaycanlı Ukraynadan ölkəyə gətirildi


    Ukraynadakı vəziyyətlə əlaqədar olaraq təxliyə olunan Azərbaycan vətəndaşlarının olduğu daha bir təyyarə reysi Bakıya çatıb.

    Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva tviterdə yazıb.

    Onun sözlərinə görə, aralarında 7 körpə olmaqla 184 sərnişin ölkəyə gətirilib: “İndiyədək baş tutan yeddi çarter reysi ilə 1295 həmvətənimiz Azərbaycana gəlib”.

    Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, AZAL hər gün həmvətənlərin gətirilməsi üçün təxliyə uçuşları həyata keçirir. Azərbaycan vətəndaşları üçün təxliyə reysləri ödənişsizdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR