AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

General: Azarkeşlərin təhlükəsizliyi tam təmin ediləcək

  • + A
  • - A
  • 22-11-2017, 12:08

    General: Azarkeşlərin təhlükəsizliyi tam təmin ediləcək













    Noyabrın 22-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Çelsi” oyununda azarkeşlərin təhlükəsizliyi tam təmin olunacaq.
    Ölkə.Az-ın xəbərinə görə, bu barədə Trend-ə açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib.

    Rəis müavini bildirib ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Ramil Usubov tədbirlər planı təstiqləyib:

    “Cənab nazirin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq, əraziyə polis qüvvəsi cəlb ediləcək və azarkeşlərin təhlükəsizliyi təmin ediləcək”.
    S.Bağırov əlavə edib ki, futbol matçı zamanı ərazi tam mühafizə olunacaq.

    Xatırladaq ki, noyabrın 22-si saat 21:00-da Bakı Olimpiya Stadionunda UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində “Qarabağ” – “Çelsi” oyunu keçiriləcək.

    Oyun üçün nəzərdə tutulan 67 500 bilet artıq satılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR