AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Maşınqayırma Texnologiyası İnstitutu” bağlanır - Belə deyirlər...

  • + A
  • - A
  • 16-01-2017, 09:59

    Ölkədə iqtisadi böhran struktur islahatlarını sürətləndirir. Artıq mənasız və səmərəsiz təşkilatlarla vida mərasiminin vaxtı çatıb.

    Bu siyahıda “Maşınqayırma Texnologiyası İnstitutu” Açıq Səhmdar Cəmiyyəti də istisna edilmir. Adı ictimaiyyətə çox az bəlli olan bu qurum da ləğv oluna bilər.

    “Azneftkimyamaş” ASC törəməsi olan institutun fəaliyyəti izafi xərclərə səbəb olur. Bu barədə Politika.Az-ın əldə etdiyi məlumata görə, “Azneftkimyamaş” ASC-nin müəssisələri özəlləşdirilir ASC-nin 12 zavodu özəlləşdirməyə çıxardılır.

    Nazirlər Kabinetinin 21 oktyabr 2016-cı il tarixli 550 s nömrəli Sərəncamı ilə təsdiq edilmiş, orta müddətli dövr ərzində dövlət mülkiyyətində saxlanılacaq dövlət müəssisələrinin tabeliyindən çıxarılaraq özəlləşdirilməsi nəzərdə tutulan qeyri-profil müəssisə və obyektlərin siyahısı təsdiq edilib.

    “Azneftkimyamaş” ASC-nin özəlləşdiriləcək müəssisələrinin siyahısında “Maşınqayırma Texnologiyası İnstitutu” Açıq Səhmdar Cəmiyyəti də var. ASC sədri Elman Əliyevdir və indiyə qədər bu strukturun fəaliyyətinin nədən ibarət olduğu aydın deyil.

    Ölkədə nə maşınqayırma var, nə zavodları, nə də avtomobil istehsalı. Yalnız Naxçıvanda “Naz Lifan” zavodu Çindən gətirilən avadanlıqlar hesabına avtomobil istehsal edir ki, bunun da sözügedən ASC-yə əlaqəsi yoxdur.

    Qlobal iqtisadi proseslərin Azərbaycanın inkişafına mənfi təsirləri ilə əlaqədar olaraq hökumətin və Mərkəzi Bankın atdığı addımlar yaranmış makroiqtisadi duruma adekvat idarəetmə sisteminin təkmiləşdirilməsinə yönəlib.

    Dövlət mülkiyyətində olan şirkətlərin idarə edilməsində islahatların aparılması nəzərdə tutlur. Vaxtilə bir örnək kimi götürülən Rusiyanın federativ idarəetmə strukturlarına uyğun yaradılan qurumların ləğvi məsələsi yenidən gündəmə gəlib. Belə ki, Nazirlər Kabineti çoxsaylı nazirlik, komitələri özündə birləşdirir.

    Mərkəzi icra hakimiyyəti orqanı statusunda olan 40-dan çox quruma qənaət rejimində ehtiyac qalmır. Gürcüstanda, Ukraynada, Polşada və digər ölkələrdə Nazirlər Kabineti orta hesabla 18-20 nəfərdən ibarətdir.

    bu çərçivədə hökumət artıq bir çox nazirliklərə, dövlət komitələrinə, büdcədən maliyyələşən digər təsisatlara xərclərin azaldılması üçün ştat vahidlərinin ixtisarını nəzərdən keçirmək barədə təlimat göndərib.

    Habelə büdcədən maliyyələşən təşkilatlara xidməti avtomobillərin sayının azaldılması, ezamiyyət xərclərinin məhdudlaşdırılması istiqamətində də işlər başlayır. Məlumatlara görə, bu il hökumət qarşısında dayanan ən vacib məsələ neft bumundan sonrakı dövrə daha çevik və mobil idarəetmə strukturları formalaşdırmaqdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR