Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Belə ki, “Mercedes” markalı avtomobil yolu keçən “Azərenerji” ASC-nin iki əməkdaşını vurub. Qəza nəticəsində Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonunun Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Mehdiqulu Allahyar oğlu Manafov hadisə yerində həyatlarını itiriblər.
Faciə bununla bitməyib – hadisə xəbərini eşidən Anar Bayramovun atası, 69 yaşlı Həsənqulu Bayramov qəfil infarkt keçirərək dünyasını dəyişib.
Hadisə ilə bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.