AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Filosof alim Fazil İsmayılov dünyasını dəyişib – dəyərini sağlığında bilmədiyimiz elm adamı

  • + A
  • - A
  • Dünən, 22:00

    Filosof alim Fazil İsmayılov dünyasını dəyişib – dəyərini sağlığında bilmədiyimiz elm adamı

    Azərbaycan elmi ictimaiyyəti üçün daha bir ağır xəbər gəlib. Tanınmış filosof alim, elmi-pedaqoji fəaliyyətində yüzlərlə tələbəyə yol göstərmiş Fazil İsmayılov 77 yaşında vəfat edib. Məlumata görə, alim küçədə gedərkən qəfil yıxılıb və dünyasını dəyişib.

    Bir müddət əvvəl isə onun kirayə pulunu ödəyə bilmədiyi üçün yaşadığı evdən çıxarıldığı xəbəri yayılmışdı. Bu hadisə ictimaiyyətdə böyük rezonans doğurmuş, çoxları elm və ziyalı təbəqəsinin cəmiyyətdə layiq olduğu dəyəri görmədiyini vurğulamışdı. Təəssüf ki, Fazil müəllim həyatının son illərini maddi sıxıntılar içində, laqeydlik və biganəlik mühitində keçirdi.

    Fazil İsmayılov uzun illər Azərbaycan fəlsəfi fikrinin inkişafına töhfə vermiş, dərin düşüncələri, təhlil qabiliyyəti və təvazökarlığı ilə həm tələbələrinin, həm də həmkarlarının hörmətini qazanmışdı. Onun elmi irsi və düşüncə dünyası bir çox gənc tədqiqatçılar üçün örnək idi.

    Təəssüf doğuran məqam odur ki, belə ziyalılarımızın dəyəri çox zaman onlar həyatda olmayanda yada düşür. Cəmiyyət elm, mədəniyyət və mənəviyyatın daşıyıcılarını – ziyalıları – layiqincə qiymətləndirmədikcə, bu kimi acı xəbərlərin davamı gələcək.

    Allah rəhmət eləsin.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR