AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çeçenistanda örtüksüz qadınlarla izahat danışıqlarına başlayacaqlar

  • + A
  • - A
  • Dünən, 23:46

    Çeçenistanda örtüksüz qadınlarla izahat danışıqlarına başlayacaqlar


    Çeçenistanda başını örtən yaylıq və ya digər aksessuar taxmayan qadınlarla izahat xarakterli danışıqlara başlayacaqlar. Bu barədə region rəhbərinin müavini, respublikanın gənclərlə iş üzrə birinci müavini Əmir Suqaipov “Çeçenistan seqodnya” İA-ya müsahibəsində bildirib.

    Qurum rəsmisinin sözlərinə görə, başını örtən qadınlar estetika, din və çeçen adət-ənənələri baxımından daha ləyaqətli və gözəl görünürlər. Eyni zamanda, Suqaipov qeyd edib ki, söhbət hicabdan yox, “mədəniyyətə və adət-ənənələrə hörməti əks etdirən sadə, təvazökar elementdən” gedir, məsələn, yaylıq və ya baş bandı.

    Çeçenistan rəhbərinin köməkçisi əlavə edib ki, bu tövsiyələrə qulaq asmayan qızlarla, o cümlədən valideynləri ilə izahat xarakterli danışıqlar aparılacaq.

    Bundan əvvəl Rosstat Çeçenistan Respublikasını Rusiyanın ən ayıq regionu adlandırmışdı. Bu araşdırmalara görə, bu bölgədə spirt istehlakı göstəriciləri adambaşına 0,13 litr təşkil edir. İkinci yeri İnquşetiya tutub — 0,62 litr. Üçüncü və dördüncü yerlərdə Dağıstan (0,89 litr) və Kabardin-Balkar (2,25 litr) qərarlaşıb. Hər dörd bölgə əhalisinin əsasən müsəlmanlardan ibarət olması ilə xarakterizə olunur.

    Ümumilikdə, Rusiya üzrə spirt istehlakı göstəriciləri son 26 ildə minimum həddə çatıb - araşdırmanın nəticələrinə görə adambaşına 7,84 litr.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR