Yeni il bayramında məktəblilər neçə gün istirahət edəcək?
Təhsil Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar orta məktəblərdə dərslərin hansı tarixlərdə keçiriləcəyinə aydınlıq gətirib.
"Ölkə.Az" xəbər verir ki, nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov Trend-ə açıqlamasında Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününün qeyd edilməsindən əvvəlki gün, yəni dekabrın 30-u həftənin şənbə gününə təsadüf etsə də, 6 günlük tədris həftəsi ilə təhsil alan şagirdlər həmin gün dərslərdə normal qaydada iştirak etməlidirlər. 5 günlük tədris həftəsi ilə oxuyanlar üçün isə dərslər dekabrın 29-da bitəcək.
C.Valehov deyib ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar dekabrın 31-i (2017-ci il), yanvarın 1, 2 və 3-ü (2018-ci il) ölkədə qeyri-rəsmi iş günü hesab edildiyindən həmin tarixlərdə məktəblərdə dərslər keçirilməyəcək. Beləliklə, 5 günlük tədris həftəsi ilə işləyən orta məktəblərin şagirdləri ümumilikdə 5 gün – dekabrın 30, 31 və yanvarın 1, 2, 3-də, 6 günlük tədris həftəsi ilə işləyən məktəblərin şagirdləri isə 4 gün – dekabrın 31 və yanvarın 1, 2 və 3-də istirahət edə biləcəklər. Yanvarın 4-də isə bütün orta məktəblərdə tədris davam etdiriləcək.
Xatırladaq ki, məktəblilərin qış tətili 27-31 yanvar tarixlərində (5 gün) olacaq.