Bakıda və Abşeron yarımadasında iyun ayının sonunadək şimal-qərb küləyi 15-20 m/s, yarımadanın bəzi yerlərində arabir 23-28 m/s olacaq.
Milli hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, iyun ayının sonunadək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı gözlənilir.
Qərb küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.
Çaylarda sululuğun artacağı ehtimal olunur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.