Səlim Müslümovun “qara qutusu” ciddi problemlə üzləşib?
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində həyata keçirilən bütün qaranlıq maliyyə əməliyyatlarının arxasında İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın dayandığı bildirilir
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində həyata keçirilən bütün qaranlıq maliyyə əməliyyatlarının arxasında İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın dayandığı bildirilir
Prezident İlham Əliyev aprelin 21-də əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu vəzifədən azad edərək, onun yerinə iqtisadiyyat nazirinin müavini Sahil Babayev təyin etmisındin sonra bu qurumda böyük dəyişikliklərin olacağı barədə məlumatlar yayılmaqdadır.
MillYol.az xəbər verir ki, keçmiş nazir Səlim Müslümovun ən yaxın adamlarının indiyə kimi həyata keçirtdikləri maliyyə maxinasiyaları barədə araşıdırmalara başlanılıb. Sabiq nazirinin adamlarının maxinasiyaları ciddi şəkildə araşdırılısa çox güman ki, xeyli sayda məmurun dövlət vəsaitlərinin mənimsənilməsi ilə işdən çıxarılması və hətta ola bilsin ki, bəzilərinin həbs olunması ilə nəticələnəcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən MilliYol.az-a daxil olan məlumatda vurğulanır ki, hazırda nazirlik içində Səlim Müslümovun əsas komandasında olan və qurumun maliyyə işlərinə nəzarət edən şəxslərin işləri araşdırılmaqdadır. Bu şəxslərdən biridə nazirliyin bütün maliyyə, tender və sair əməliyyatlarının aparıldığı və keçmiş nazirin “qara qutusu” olaraq bilinən İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovadır.
Şəlalə Cəfərovanın sabiq nazir Səlim Müslümova yaxın kadr olması və nazirin bir çox qaranlıq maliyyə əməliyyatlarının məhz xanım Cəfərova tərəfindən həyata keçirilməsi Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyində hər kəs bilir. Saytımıza daxil olan əlumatda vurğulanır ki, keçmiş nazir Səlim Müslümovun əsasən nazirlikdə inandığı iki şəxs olub. Bunlardan biri Nazirliyin icra aparatının rəhbəriƏjdər Cəbiyev, digəri isə məhz Şəlalə Cəfərova olub. Məlumatda Nazirliyin İqtisadiyyat şöbəsi müdiri ilə aparat rəhbəri Əjdər Cəbiyevin də yaxşı münasibətlərinin olduğu və vaxtı ilə birlikdə çoxlu maliyyə əməliyyatları həyata keçirtdikləri də vurğulanır.
Saytımıza daxil olan məlumatda bildirilir ki, nazirlikdəki maliyyə, tender maxinasiyaları ilə bağlı aparılan araşdırmaların üzərində ciddi dayansalar, bu zaman İqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovanın durumu çox ağır ola bilər. Yəni xanım şöbə müdiri təkcə vəzifəsi ilə deyil həmdə azadlığı ilə vidalaşa bilər. Mövzunu diqqətdə saxlayacağıq.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.