Milli Məclisdə "Keyfiyyətli qida sağlamlığa zəmanətdir" mövzusunda ictimai dinləmələr keçiriləcək.
Bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev qurumun iclasında bildirib.
Onun sözlərinə görə, ictimai dinləmələr Qida Təhlükəsizliyi Agentliyi ilə birlikdə təşkil olunacaq və artıq iş planına daxil edilib: "Bu, həm "Qida təhlükəsizliyinin təmin edilməsinə dair 2027−2032-ci illər üçün Dövlət Proqramı"nın təbliği, qarşıda duran vəzifələrin əhaliyə çatdırılması baxımından çox vacibdir. Çünki bizim dinləmələrimizin əsas istiqaməti bilavasitə həmin məsələləri, onlardan irəli gələn vəzifələri və müddəaları təbliğ etməkdir".
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.