AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Trampdan Polşa ilə bağlı mühüm açıqlama: ABŞ hərbi bazası yaradılır

  • + A
  • - A
  • Bu gün, 09:48

    Trampdan Polşa ilə bağlı mühüm açıqlama: ABŞ hərbi bazası yaradılır


    ABŞ Prezidenti Donald Tramp Polşada daimi ABŞ hərbi bazasının yaradılması ilə bağlı danışıqlarda əhəmiyyətli irəliləyiş əldə edildiyini açıqlayıb.

    Tramp sosial şəbəkədəki paylaşımında Polşa Prezidenti Karol Navrotskinin liderliyini qeyd edib və iki ölkə arasında bu istiqamətdə müzakirələrin davam etdiyini bildirib.

    ABŞ Prezidenti planın həyata keçirilməsi ilə bağlı razılıq əldə olunacağı təqdirdə hərbi bazanın yerləşəcəyi ərazinin yaxın zamanda açıqlanacağını deyib.

    Tramp bazanın yaradılmasını ABŞ və Polşa arasındakı hərbi əməkdaşlıq baxımından “tarixi addım” kimi qiymətləndirib.

    Polşa Prezidenti Karol Navrotski isə Trampa təşəkkür edərək, ABŞ-la müdafiə əməkdaşlığını daha da gücləndirməyə hazır olduqlarını bildirib. O, ABŞ hərbi bazasının yerləşdirilməsi üçün uyğun ərazinin müəyyənləşdirilməsi istiqamətində iş aparılacağını vurğulayıb.

    Hazırda ABŞ hərbi qulluqçuları Polşada əsasən rotasiya əsasında yerləşdirilir. Varşava isə Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra NATO-nun şərq cinahında hərbi mövcudluğun artırılmasını dəstəkləyir.

    Bundan əvvəl ABŞ Müdafiə Nazirliyi Polşanın daimi ABŞ hərbi mövcudluğunun artırılması ilə bağlı təklifinə müsbət yanaşdığını bildirsə də, yekun qərarın qəbul edilmədiyini açıqlamışdı.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR