AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ

  • + A
  • - A
  • 16-08-2018, 10:02

    Muxtar Babayev 1000-ə yaxın işçini İXTİSAR ETDİ















    Muxtar Babayev Ekologiya və təbii sərvətlər naziri təyin olunduqdan sonra rəhbərlik etdiyi qurumda islahatlar həyata keçirir.

    Unikal.org məlumat verir ki, yeni nazir rəhbərlik etdiyi qurumun tabeliyindəki müəssisələrdə struktur dəyişikliklərinə start verib. Belə ki, nazirliyin bəzi idarə və təşkilatları birləşdirilməsi prosesi həyata keçirilib, bəziləri isə ümumiyyətlə ləğv edilib. Misal üçün Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayev nazirliyin tabeçiliyində olan 45 Meşə Muhafizəsi və Bərpası Müəssisələrini ləğv edib. Bu müəssisələrin əvəzinə isə 15 regional İdarə yaradılıb.

    Nazirlik aparılan bu islahatlara isə iqtisadi və iş prinsiplərinin səmərəliliyin artırılması donu geyindirir.

    Muxtar Babayevin həyata keçirdiyi islahatlar heç də burada çalışan insanların ürəyincə olmayıb. Belə ki, aparılan islahatlar nəticəsində nazirliyin 1000 minə yaxın əməkdaşı ixtisara düşüb.
    Kütləvi ixtisarların aparılması işçilərin hüquqularının pozulması ilə yanaşı hökumətin sosial müdafiə qurumlarını da çətin vəziyyətdə qoyur.

    Qeyd edək ki, ölkə başçısı İlham Əliyev də dəfələrlə dövlət və özəl qurumlara tövsiyə verib ki, sosial vəziyyəti aşağı olan insanlar işdən azad edilməsinlər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR