AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Çin avtomobillərinin təmiri Avropa markalarından daha ucuz başa gələ bilər

  • + A
  • - A
  • Bu gün, 10:25

    Çin avtomobillərinin təmiri Avropa markalarından daha ucuz başa gələ bilər

    Çin istehsalı olan avtomobillərin təmirinin baha başa gəlməsi ilə bağlı geniş yayılmış fikir özünü doğrultmur. Məlumata görə, kütləvi Çin markalarına məxsus avtomobillərin texniki xidməti və təmiri bir çox hallarda Avropa və Yaponiya istehsalı olan analoji modellərlə müqayisədə daha ucuzdur.

    Bildirilir ki, bunun əsas səbəbi Çin avtomobillərinin əksəriyyətinin yeni olması və onlarda əsasən planlı texniki xidmət işlərinin aparılmasıdır. Yağın, filtrlərin, əyləc bəndlərinin və asqı elementlərinin dəyişdirilməsi kimi standart xidmətlər adətən aşağı xərc tələb edir.

    Eyni zamanda, Tenet, Exeed, Haval və Geely kimi geniş yayılmış markalar üçün ehtiyat hissələrinin və alternativ detalların əlçatan olması təmir xərclərini aşağı səviyyədə saxlayır.

    Bununla yanaşı, nadir Çin markalarına aid avtomobillərdə, rəsmi diler şəbəkəsinin olmadığı hallarda, eləcə də mürəkkəb kuzov və aqreqat təmiri zamanı ehtiyat hissələrinin çatışmazlığı səbəbindən xərclər arta bilər. Xüsusilə bazarı tərk etmiş markalara aid avtomobillərdə avtomatik sürətlər qutusunun və digər iri aqreqatların təmiri daha baha başa gələ bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR