AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş Dəmiryol Xəstəxanasının ərazisi ilə bağlı rəsmi açıqlama

  • + A
  • - A
  • Bu gün, 11:02

    Keçmiş Dəmiryol Xəstəxanasının ərazisi ilə bağlı rəsmi açıqlama

    Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən keçmiş Mərkəzi Dəmiryol Xəstəxanasının ərazisində söküntü işləri həyata keçirilir.

    “ATV Xəbər”in məlumatına görə, ərazidə yaşayış binasının tikiləcəyi iddia olunur.

    “Azərbaycan Dəmir Yolları” QSC-dən bildirilib ki, Nazirlər Kabinetinin 21 avqust 2024-cü il tarixli qərarına əsasən, dəmir yollarının tabeliyindəki tibb müəssisələri və onların əmlakı artıq ADY-nin balansında deyil.

    Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən verilən məlumata görə, Mərkəzi Dəmiryol Xəstəxanası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansına keçirilib.

    Agentliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdiri Tural Qurbanov bildirib ki, xəstəxananın ərazisində quruma məxsus yeni infrastrukturun yaradılması nəzərdə tutulub.

    Ərazidə görüləcək işlər, infrastrukturun yaradılması və xidmətlərin təşkili ilə bağlı ətraflı məlumatın ictimaiyyətə mərhələli şəkildə açıqlanacağı qeyd edilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR