AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tramp Putinlə ayrıca görüş keçirmək istədiyini bildirib

  • + A
  • - A
  • Bu gün, 15:13

    Tramp Putinlə ayrıca görüş keçirmək istədiyini bildirib


    ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək istədiyini açıqlayıb. Lakin belə bir görüşün baş tutub-tutmayacağı hələlik məlum deyil.

    Tramp Manilada Yaponiya, Hindistan və Avstraliya liderləri ilə Dördtərəfli Təhlükəsizlik Dialoqu (QUAD) çərçivəsində keçiriləcək danışıqlar öncəsi jurnalistin Putinlə ayrıca görüşün mümkünlüyü barədə sualını cavablandırıb.

    ABŞ prezidenti bu barədə danışarkən bildirib:

    “Bilmirəm, amma belə bir imkan yaranarsa, bunu edərdim”.

    Qeyd edək ki, Rusiya, Çin və ABŞ prezidentləri – Vladimir Putin, Si Cinpin və Donald Trampın noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşəcəkləri bildirilir.

    Sammitin noyabrın 18-19-da keçirilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR