Argentinada futbolçu oyun zamanı aldığı zədədən öldü

Argentinada futbol qarşılaşması zamanı başından ağır zədə alan Abel Nunyes dünyasını dəyişib.
Xarici KİV xəbər verir ki, bədbəxt hadisə Argentina Futbol Assosiasiyasının təşkil etdiyi gənclər turnirində baş verib.
“Ezeiza” klubunu təmsil edən futbolçu topu uzaqlaşdırarkən başından zərbə alaraq yerə yıxılıb. Ona meydanda tibbi yardım göstərilib, daha sonra xəstəxanaya yerləşdirilib.
Əməliyyat olunan gənc idmançının həyatını xilas etmək mümkün olmayıb.
Hadisə anının görüntülərini təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.