Binəqədidə qətlə yetirilən 23 yaşlı qadının kimliyi məlum olub

Binəqədi rayonunda qətlə yetirilən 23 yaşlı qadının Gülarə Mehdiyeva olduğu müəyyənləşib.
Məlumata görə, Gülarə Mehdiyeva rəssamlıq fəaliyyəti ilə məşğul olub.
Qeyd edək ki, hadisə dünən saat 15:00 radələrində baş verib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən qadının ögey qardaşı A.Mehdiyev saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.