AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

QHT “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlayıb- FOTOLAR

  • + A
  • - A
  • 6-07-2024, 14:04

    QHT “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlayıb- FOTOLAR


    Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regional Gender Mərkəzi” İctimai Birliyi Ağdam rayonunda “Nümunəvi valideynlik İnstitutu” adlı layihəyənin icrasına başlayıb.

    QHT.az xəbər verir ki, 05.07.2024- cü il tarixində saat 09.00- da Ağdam rayonu Quzanlı Qəsəbəsində layihə çərçivəsində tədbir keçirildi. Tədbirdə Regional Gender Mərkəzinin sədri, layihə rəhbəri Şərqiyyə Dadaşova, ekspert Aliyə İmanova, “Tərəqqi” Sosial İnkişaf İB-nin sədri Telman Dadaşov, Ağdam UADM-ın direktoru Yaqut Qəhrəmanova, sosial pedaqoq- Elşad Aslanov, sosial iş üzrə mütəxəssis Sevinc Əliyeva, Ağdam Dövlət Musiqi Kollecinin pedaqoqu Xəyalə İxtiyarova psixoloqlar və valideynlər iştirak etdilər.

    Layihə rəhbəri Ş.Dadaşova layihə və donor təşkilat haqda ətraflı məlumat verdikdən sonra layihənin məqsədi və gözləntilər barədə məlumat verdi. Bildirdi ki, layihənin ideyası 0-8 yaşadək uşaqların valideynlərini və maraqlı tərəfləri Erkən Uşaqlıq Dövründə inkişafın vacibliyi ,sosial, fiziki və əqli inkişafı, düzgün qidalanma, təlim-tərbiyəsi, uşaqlarda inkişaf dinamikasının izlənməsi və inkişafının stimullaşdırılması ilə bağlı maarifləndirməsindən ibarətdir .

    Ekspert A.İmanova valideyn –uşaq münasibətləri, Bəsləyici qayğının 5 kompanenti ilə bağlı ətraflı məlumat verdi. Bildirdi ki, Erkən uşaqlıq dövründə valideyn övlad münasibətləri, uşaqların düzgün tərbiyə olunması cəmiyyətin gələcəyi üçün çox mühümdür.

    Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Yaqut Qəhrəmanova çıxış edərək, layihənin mövzusunun çox aktual olduğunu vurğuladı. Və nümunəvi ailələrdən söz açdı. Bildirdi ki, RGM ilə çoxsaylı tədbirlər həyata keçirmişik. Bu layihədə də öz köməkliyimizi göstərməyə hazırıq.

    Tədbirdə Mədinə Nəsibova, Nəsimə Vəliməmmədova, Sabirə Məmmədova, Cəmilə Musayeva, Rəna Teymurova və digər iştirakçılar mövzu ətrafında çıxış edərək nümunəvi valideynlik istitutuna aid təkliflərini bildirdilər. Sonra müzakirələr oldu. Suallar cavablandırıldı.İştirakçılardan R.Teymurova Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və Regional Gender Mərkəzi İB-nə təşəkkür etdi. Yekunda qiymətləndirmə aparıldı.

    Tədbirdə 22 nəfər iştirak etdi.
    Qeyd:Layihə 3 ay müddətində 4 rayonda( Ağdam, Bərdə,Tərtər və Goranboy) həyata keçiriləcək.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR