“Ümidli Gələcək Sosial Təşəbbüslər İctimai Birliyi” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelərin Təşviqi üzrə 2024-cü elan etdiyi qrant müsabiqəsi çərçivəsində 2025-ci ilin yanvar ayından etibarən Azərbaycanda sosial və maarifləndirici layihələri dəstəkləmək və inkişaf etdirmək məqsədilə “Azərbaycanda Gənclərə Yaradıcılıq Bacarıqlarının Öyrədilməsı Məqsədilə Domestika.Org Beynəlxalq Onlayn Kurs Platformasının Tədbiqi” adlı layihənin icrası uğurla davam edir. Layihənin məqsədi gənclərin yaradıcı kreativ sənayelərdə müasir təhsil resurslarına çıxış imkanlarını genişləndirməkdir. Həmçinin əsas ideya Domestika.org beynəlxalq onlayn platformasını yerli səviyyədə adaptasiya etməklə oradakı materialları maraqlı və praktik olaraq faydalı oflayn qaydada peşəkar dərslərə transformasiya etməkdir.
Təşəbbüsü həyata keçirərkən layihə komandası yerli təhsil müəssisələri, mədəniyyət təşkilatları və yaradıcı sənayelərin aparıcı mütəxəssisləri ilə sıx əməkdaşlıq edir.
Növbəti yaradıcılıq müəssisəsi, Asmart Creative Hub, uşaqların və yeniyetmələrin yaradıcılığını inkişaf etdirmək üçün müxtəlif incəsənət kursları təşkil edərək onları sənətin sehrli dünyasına dəvət edir. Xüsusilə internat məktəblərindən və xüsusi qayğıya ehtiyacı olan uşaqlardan ibarət iştirakçılar üçün təşkil olunan bu kurslar, onların yaradıcı potensialını üzə çıxarmaqla yanaşı, özünəinamlarını artırmaq və sosial inteqrasiyalarına töhfə vermək məqsədi daşıyır.
Bu dəfə Asmart Creative Hub çərçivəsində uşaqlar Amigurumi, Divar rəssamlığı, Dulusçuluq, Papar Lamp sənəti, Keçə oyuncaq sənəti, Qobelen sənəti, Shibori parçaboyama və Silk Screen çap texnikası kimi müxtəlif sənət növlərini öyrənmək imkanı qazandılar. Bu kurslar uşaqlara yalnız texniki bacarıqlar deyil, həm də öz emosiyalarını ifadə etməyin və yaradıcılıq yolu ilə öz hekayələrini danışmağın yollarını öyrətdi.
Amigurumi sənəti ilə onlar yumşaq və təhlükəsiz əl işi oyuncaqlar yaradaraq yaradıcılıq bacarıqlarını inkişaf etdirdilər. Divar rəssamlığı (mural sənəti) sayəsində isə uşaqlar kollektiv şəkildə işləməyin, vizual mesajlar verməyin və məkanlara incəsənətlə həyat verməyin gücünü hiss etdilər. Dulusçuluq dərslərində onlar torpağın sənətə çevrilmə prosesini yaşadılar, öz əlləri ilə gil məmulatları hazırladılar.
Uşaqlar Papar Lamp sənəti vasitəsilə kağız və işığın zərif harmoniyasını kəşf etdilər, Keçə oyuncaq sənəti ilə isə təbii materiallardan yumşaq və ekoloji cəhətdən təmiz oyuncaqlar hazırladılar. Qobelen toxuculuğu zamanı onlar ipliklərdən sənət əsərləri yaratmağı, Shibori sənətində isə qədim Yapon parçaboyama texnikası ilə unikal dizaynlar yaratmağı öyrəndilər. Silk Screen çap texnikası dərslərində isə onlar öz rəsmlərini və ideyalarını çap formasında ifadə etmə bacarığı qazandılar.
Bu kurslar uşaqlara yaradıcılıq, əməkdaşlıq və özünüifadə kimi dəyərli bacarıqlar qazandırmaqla yanaşı, onların incəsənətə olan marağını artırdı. Asmart Creative Hub bu layihə ilə incəsənət vasitəsilə uşaqların dünyasını daha rəngarəng və mənalı etməyə davam edir.
Bu layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin qrant müsabiqəsi proqramı çərçivəsində həyata keçirilir və gənclərin yaradıcılıq potensialının inkişafı üçün yüksək keyfiyyətli imkanların yaradılmasına, o cümlədən mədəniyyət sahəsinin gücləndirilməsinə və beynəlxalq əməkdaşlığın genişləndirilməsinə yönləmişdir.