AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ramil İskəndərli: “Şəhərlərin bərpasında vətəndaş cəmiyyətinin iştirakı vacibdir”

  • + A
  • - A
  • Bu gün, 22:12

    Ramil İskəndərli: “Şəhərlərin bərpasında vətəndaş cəmiyyətinin iştirakı vacibdir”

    Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli WUF13 çərçivəsində BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) tərəfindən təşkil olunan ilk tədbir — “İcma birlikləri və vətəndaş cəmiyyəti təşkilatları assambleyası”nın açılış sessiyasında çıxış edib.
    Tədbirdə UN-HABITAT-ın icraçı direktoru Anaklaudia Rossbax iştirakçılara açılış nitqi ilə müraciət edib. Ardınca çıxış edən Ramil İskəndərli Azərbaycan Milli QHT Forumunun ölkənin ən böyük vətəndaş cəmiyyəti platformalarından biri olduğunu vurğulayıb. O bildirib ki, Forum dayanıqlı inkişaf, iqlim fəaliyyəti, sosial inklüzivlik, şəhərsalma və humanitar təşəbbüslər istiqamətində fəaliyyət göstərən yüzlərlə qeyri-hökumət təşkilatını bir araya gətirir.
    Ramil İskəndərli çıxışı zamanı qərargahı Bakıda yerləşən Qlobal Cənub QHT Platformasının fəaliyyəti barədə də məlumat verib. O qeyd edib ki, 120-dən çox ölkədən QHT-ləri birləşdirən Platformanın ilk Baş Assambleyası çərçivəsində keçirilən şəhərsalma sessiyasında post-münaqişə dövründə şəhərlərin bərpası, dayanıqlı məskunlaşma və urban inkişaf məsələləri geniş müzakirə olunub.
    Sessiya zamanı vətəndaş cəmiyyətinin urban inkişaf və bərpa proseslərində iştirakının əhəmiyyəti xüsusi vurğulanıb. Müzakirələrin yekununda isə QHT-lərin şəhərsalma və qərarvermə mexanizmlərində daha fəal təmsil olunmasının vacibliyi diqqətə çatdırılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR