AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Liv Bona Dea ilə məhkəmə başlayır: Bu gün ilk iclas keçiriləcək

  • + A
  • - A
  • Bu gün, 10:13

    Liv Bona Dea ilə məhkəmə başlayır: Bu gün ilk iclas keçiriləcək

    Həyat yoldaşım Nigar Köçərli Liv Bona Dea Hospital xəstəxanasında əməliyyat olunandan sonra biz oradakı təəssüratlarımızı, gördüklərimizi və yaşadıqlarımızı sosial mediada paylaşdıq. Bu paylaşımlardan sonra isə o məhkəməyə verildi.
    Bu sözləri naşir Şahbaz Xuduoğlu sosial media hesabında yazaraq qeyd edib ki, əslində biz hara getsək, orayla bağlı fikirlərimizi bölüşməyi sevirik. Bu həm də gördüyümüz işin — maarifçiliyin, kitabçılığın və ictimai düşüncənin bir hissəsidir.

    Liv Bona Dea isə buna dözümsüz yanaşdı və məhkəməyə müraciət etdi.

    Bu gün saat 11:30-da məhkəmə olacaq. Gedəcəyik, görək necə keçir. Yəqin ki, məhkəmə ilə bağlı təəssüratlarımızı da sizinlə paylaşacağıq.

    Bir daha xatırladıram ki, məhkəmə açıq keçirilir. Kimə maraqlıdırsa, buyurub iştirak edə bilər. İstəsəniz, mənəvi dəstəyinizi də göstərə bilərsiniz.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR