AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir

  • + A
  • - A
  • Bu gün, 15:08

    Fələstinli mütəxəssis: Yaşıl məkanlar şəhərləri daha yaşana bilən edir

    Şəhərlər üçün yaşıl ictimai məkanlar zərurətdir.

    Bunu Əl-Bireh Bələdiyyəsinin Planlaşdırma şöbəsinin rəhbəri Amnə Əbu Şərar Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil təminatı şəhərləri bir araya gətirəndə: praktikada yerli əməkdaşlıq" adlı müzakirədə deyib.

    Bu konteksdə Fələstinə diqqət çəkən natiq bildirib ki, Fələstin şəhər mühitində yaşıl ictimai məkanlar çox vacibdir:

    "Bu məkanlar şəhərləri daha yaşana bilən və inklüziv edir. Belə ərazilər həyat keyfiyyətini yaxşılaşdırır, sosial inteqrasiyanı gücləndirir, ictimai sağlamlığı və icma dayanıqlığını artırır, həmçinin ekoloji təzyiqləri azaldır".

    Amnə Əbu Şərar küçələrin ictimai məkanın bir hissəsinə çevrildiyinə də diqqət çəkib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR