AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Əsrlər və okeanlararası dialoq: Bakıda “Heç nədən kamera yaratmaq” adlı beynəlxalq pinhol fotoqrafiya sərgisi açılır

  • + A
  • - A
  • Bu gün, 17:28

    Əsrlər və okeanlararası dialoq:  Bakıda “Heç nədən kamera yaratmaq” adlı beynəlxalq pinhol fotoqrafiya sərgisi açılır

    BAKI, AZƏRBAYCAN - 2026-cı il, 5 iyun, saat 19:00-da Bakı Fotoqrafiya Mərkəzində (BCOP) unikal “Heç nədən kamera yaratmaq” (Camera out of nothing) adlı beynəlxalq sərginin açılışı baş tutacaq. Layihə analoq fotoqrafiyanın dünyaca tanınmış ustadları ilə yerli tədqiqat xarakterli art-eksperimentin nəticələri arasında vizual dialoq quraraq, Azərbaycan və ABŞ-dan olan müəllifləri bir araya gətirəcək.
    Ekspozisiya şəhər mühitinin və insan təcrübəsinin pinhol fotoqrafiya prizmasından dərin tədqiqidir. Pinhol-obyektivdən istifadə etmədən, işığın kiçik bir dəlikdən birbaşa işığahəssas səthə proyeksiya olunması ilə təsvirin alındığı xüsusi bir metoddur.
    Sərginin amerikalı müəlliflərə aid hissəsində eksperimental fotoqrafiyanın tanınmış ustadları Edvard Levinson (Edward Levinson) “Japanese Cityscapes” seriyası ilə, Stefan Killen (Stefan Killen) “New York City” seriyası ilə və Ceff Makkonell (Jeff McConnell) “Street Life” ikonik seriyaları təqdim olunacaqdır. Azərbaycan tərəfindən isə öz konseptual işləri ilə tanınmış yerli müəlliflər, o cümlədən Emin Mathers və Kamil Quliyev təmsil olunacaqlar.
    BCOP-un xüsusi təhsil proqramı məzunlarının əl işləri ekspozisiyanın mühüm tərkib hissəsi olacaq. Sərgi ərəfəsində 10-17 may tarixlərində mərkəzdə intensiv seminarlar təşkil olunub, iştirakçılar tamamilə müstəqil şəkildə, öz əlləri ilə işlək kamera-obskuralar yığıb və Bakını bu kiçik dəlikdən kəşf etməyə, yenidən məna veriblər. Paytaxtın bu yolla alınan arxiv və teksturlu fotoları beynəlxalq mütəxəssislərin əsərləri ilə bərabər mərkəzin zallarında öz layiqli yerini tutacaq.
    Tarixi kontekst: Kamera-obskura prinsipi antik dövrə gedib çıxsa da, onun X əsrdə ilk fundamental elmi təsvirini görkəmli ərəb fiziki və riyaziyyatçısı İbn əl-Heysəm (Ibn al-Haytham) vermişdir. Onun işıq və optika sahəsindəki tədqiqatları təsvirin təbiətini anlamaq üçün əsas yaratmış, Avropa vizual mədəniyyətində dönüş nöqtəsi olmuş və əsrlər sonra İntibah dövrü rəngkarlığında xətti perspektivin formalaşmasına birbaşa təsir göstərmişdir. “Heç nədən kamera yaratmaq” sərgisi tamaşaçını məhz bu köklərə qaytararaq, sənət möcüzəsinin həm də sözün əsl mənasında boşluqdan yarana biləcəyini xatırladır.
    ZİYARƏTÇİLƏR ÜÇÜN MƏLUMAT
    Rəsmi açılış: 5 iyun 2026-cı il, saat 19:00.
    Məkan: Bakı Fotoqrafiya Mərkəzi (BCOP), Mstislav Rostropoviç küç., 14.
    Giriş: Sərbəstdir, lakin sərgi öncəsi rəsmi saytda qeydiyyatdan keçmək mütləqdir- https://bcop.az/event/camera-out-of-nothing
    Bakı Fotoqrafiya Mərkəzi (BCOP) haqqında: BCOP — Azərbaycanda sənədli, bədii və eksperimental fotoqrafiyanın inkişafı, dəstəklənməsi və təbliği, habelə yeni nəsil vizual tədqiqatçılar üçün təhsil proqramlarının reallaşdırılması istiqamətində fəaliyyət göstərən aparıcı müstəqil təsisatdır.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR