AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədovdan bayram münasibətilə növbəti xeyriyyə aksiyası

  • + A
  • - A
  • Bu gün, 09:00

    Millət vəkili Məşhur Məmmədovdan bayram münasibətilə növbəti  xeyriyyə aksiyası
    Qurban Bayramı ərəfəsində ehtiyac sahibi insanlara dəstək olmaq, şəhid ailələri və qazilərə diqqət göstərmək xalqımızın əsrlərdən gələn humanist ənənələrindən biridir. Bu ənənəyə sadiq qalan millət vəkili Məşhur Məmmədov bayram münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib.

    Millət vəkilinin təşəbbüsü ilə təşkil olunan Qurban Bayramı aksiyası çərçivəsində ümumilikdə 1561 ailəyə pay qurban əti paylanılıb. Yardımlardan 66 şəhid ailəsi, 129 qazi, 311 Vətən müharibəsi iştirakçısı və 1055 aztəminatlı ailə yararlanıb. Millət vəkilinin köməkçilərinin verdiyi məlumata görə aksiya çərçivəsində ümumilikdə 3378 kiloqram qurban əti ünvanlara çatdırılıb.


    Uzun illərdir sosial layihələr və humanitar təşəbbüslərlə insanların yanında olan Məşhur Məmmədov xüsusilə şəhid ailələri, qazilər və həssas kateqoriyadan olan vətəndaşlara göstərdiyi diqqət və qayğı ilə seçilir. Onun həyata keçirdiyi xeyriyyə aksiyaları cəmiyyətdə həmrəylik və paylaşma ənənələrinin daha da möhkəmlənməsinə xidmət edir.

    Qurban Bayramı münasibətilə reallaşdırılan bu xeyriyyə təşəbbüsü bir daha nümayiş etdirir ki, milli-mənəvi dəyərlərimiz yaşadılır, həssas və ehtiyac sahibi olan insanlara diqqət və qayğı davamlı xarakter daşıyır. Bayram günlərində yüzlərlə ailənin sevincinə səbəb olan aksiya sosial birlik və mərhəmət hisslərinin təbliği baxımından da əhəmiyyətli nümunədir.
    Allah qəbul eləsin!





    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR