AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib

  • + A
  • - A
  • Bu gün, 17:36

    Gürcüstan Prezidenti Qurban bayramı münasibətilə müsəlman icmasını təbrik edib


    Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Tbilisidə yerləşən Cümə məscidində Qurban bayramı münasibətilə ölkənin müsəlman icması ilə görüşüb və təbrik nitqi ilə çıxış edib.

    Prezident çıxışında Gürcüstanda dini tolerantlığın və müxtəlif icmalar arasında qarşılıqlı hörmətin ölkənin əsas dəyərlərindən biri olduğunu vurğulayıb.

    O qeyd edib ki, müsəlman icması Gürcüstan cəmiyyətinin ayrılmaz hissəsidir və ölkənin sosial-mədəni həyatında mühüm rol oynayır.

    Dövlət başçısı Qurban bayramının sülh, həmrəylik, mərhəmət və xeyirxahlıq kimi dəyərləri təcəssüm etdirdiyini bildirib və bütün müsəlman icmasını bayram münasibətilə təbrik edib.

    Prezident, həmçinin Gürcüstanda dini azadlıqların qorunmasının və bütün vətəndaşların öz dini ayinlərini sərbəst şəkildə icra etməsi üçün lazımi şəraitin yaradılmasının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd edib.

    Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze isə ölkədə dini azadlıqların təmin olunmasından danışıb.

    Tədbirdə, həmçinin Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, eləcə də müxtəlif ölkələrin diplomatik korpusunun nümayəndələri iştirak ediblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR