AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Deputat Ceyhun Məmmədov “Səssiz Sözlər” layihəsinin “Oxu saatı”nda iştirak edib

  • + A
  • - A
  • 17-05-2026, 21:42

    Deputat Ceyhun Məmmədov “Səssiz Sözlər” layihəsinin “Oxu saatı”nda iştirak edib


    Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi və “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Səssiz Sözlər” – eşitmə və nitq qabiliyyəti məhdud şəxslər üçün mütaliə və mədəniyyət platforması layihəsi çərçivəsində növbəti “Oxu saatı” tədbiri keçirilib.

    Azadmedia.az QHT.az-a istinadla xəbər verir ki, 14 may 2026-cı il tarixində təşkil olunan tədbir Bakı şəhəri 2 nömrəli internat tipli xüsusi ümumtəhsil məktəbi-də baş tutub.

    Tədbirin qonağı Milli Məclisin deputatı Ceyhun Məmmədov olub. Deputat uşaqlara “Həqiqi dostlar” adlı nağılı oxuyaraq onlarla səmimi söhbət aparıb, dostluq, qarşılıqlı hörmət və xeyirxahlıq kimi dəyərlər barədə fikirlərini bölüşüb.

    Tədbirin daha əlçatan və inklüziv keçirilməsi məqsədilə oxunan nağıl “Səssiz Ünsiyyət – Jest Dilinin İnkişafına Dəstək” İctimai Birliyinin tərcüməçisi Könül Quliyeva tərəfindən canlı olaraq işarət dilinə tərcümə edilib. Bu da eşitmə və nitq qabiliyyəti məhdud uşaqların tədbirdə fəal iştirakına və nağılın məzmununu tam şəkildə mənimsəməsinə şərait yaradıb.

    Fotolar






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR