23 iyun Azərbaycanda Dövlət Qulluqçularının Peşə Bayramı Günü kimi qeyd olunur. Bu əlamətdar gün dövlət idarəçiliyində çalışan, qanunun aliliyinin, vətəndaşlara keyfiyyətli xidmətin və dövlət siyasətinin həyata keçirilməsində mühüm rol oynayan dövlət qulluqçularının əməyinə verilən dəyərin ifadəsidir.
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2026-cı il yanvarın 1-nə ölkədə dövlət qulluqçularının sayı 27,3 min nəfər olub. Dövlət qulluqçularının 31,4 faizini qadınlar təşkil edir ki, bu da dövlət idarəçiliyində qadınların fəal təmsil olunduğunu göstərir.
Statistikaya görə, dövlət qulluqçularının 27,4 faizi 15 il və daha çox qulluq stajına malikdir. Bu göstərici dövlət qulluğu sistemində peşəkarlığın, təcrübənin və institusional davamlılığın mühüm yer tutduğunu nümayiş etdirir.
Dövlət qulluğu cəmiyyətə və dövlətə xidmət missiyası daşıyan məsuliyyətli peşədir. Peşə bayramı münasibətilə bütün dövlət qulluqçularını təbrik edir, onlara fəaliyyətlərində yeni uğurlar, möhkəm cansağlığı və məsuliyyətli işlərində nailiyyətlər arzulayırıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.