AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin həmmüəllifi olduğu 5-ci kitab işıq üzü gördü

  • + A
  • - A
  • Bu gün, 14:31

    Tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin həmmüəllifi olduğu 5-ci kitab işıq üzü gördü

    Qarabağ Universitetinin baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Bayram Quliyevin AMEA Şərqşünaslıq İnstitutunun “Şərq ölkələrinin tarixşünaslığı” şöbəsinin müdiri, professor, tarix elmləri doktoru Məryəm Seyidbəyli və şöbənin əməkdaşları – hüquq elmləri doktoru Zaur Məmmədov, Solmaz Namazova, Röya Mirzəbəyova və Elxan Quliyevlə həmmüəllifliyi ilə “Azərbaycan tarixşünaslığında monqollar dövrü (XIII-XIV əsrlər)” adlı monoqrafiya nəşr olunub.

    Yeni elmi əsər Azərbaycan tarixinin mühüm və mürəkkəb mərhələlərindən biri olan monqollar dövründə ölkədə elm və mədəniyyət tarixinin tarixşünaslığının müxtəlif problemlərinin araşdırılmasına həsr edilib.

    Monoqrafiyada Azərbaycan tarixşünaslığının başlanğıc nöqtəsinin müəyyənləşdirilməsi, tarixşünaslığın formalaşmasına təsir göstərən daxili və xarici amillər, ayrı-ayrı tədqiqat istiqamətləri və bu sahədə mövcud olan elmi problemlər geniş şəkildə nəzərdən keçirilib.

    Əsərin əsas xüsusiyyətlərindən biri Azərbaycan tarixinin XIII-XIV əsrlər kimi mürəkkəb bir dövrünün yalnız tarixi hadisələr baxımından deyil, həm də həmin dövrün sonrakı elmi araşdırmalarda necə təqdim və təhlil olunması prizmasından öyrənilməsidir. Bu baxımdan monoqrafiya Azərbaycan tarixşünaslığının inkişaf dinamikasının araşdırılması və mövcud elmi yanaşmaların sistemləşdirilməsi baxımından əhəmiyyət daşıyır.

    Qeyd edək ki, bu nəşr Bayram Quliyevin müəllifi və həmmüəllifi olduğu 5-ci kitabdır. Onun əvvəlki elmi əsərləri sırasında “XIII-XV əsrlər Azərbaycan Elm və Mədəniyyət Tarixi” (Bakı, “Elm və Bilik”, 2022), “Azərbaycan tarixinin farsdilli qaynaqları” I cild (Bakı, “Füyuzat”, 2023), “Kitabi-Dədəm Qorqud” və onun “Türkmən Səhra” nüsxəsi (Ankara, Türkkitab.Az, 2020), həmçinin “Azərbaycan Tibb tarixinin Mənbəşünaslığı və tarixşünaslığı” (Bakı, “Elm və təhsil”, 2019) kimi elmi əsərlər yer alır.

    Yeni monoqrafiya da müəllifin Azərbaycan tarixinin mənbəşünaslığı, tarixşünaslığı, elm və mədəniyyət tarixinin öyrənilməsi istiqamətində apardığı ardıcıl elmi tədqiqatların davamı kimi qiymətləndirilə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR