AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

  • + A
  • - A
  • Bu gün, 17:15

    LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı
    Lənkəran Dövlət Universitetinin (LDU) Aqrar və mühəndislik fakültəsinin tələbələri tədris təcrübə bazasında yetişdirdikləri 1 tondan artıq sitrus meyvələrini Bakı və Bakıətrafı rayonlarda yerləşən 8 uşaq evi sosial xidmət müəssisəsinə göndəriblər.
    Qeyd edək ki, sovqat qismində göndərilən sitrus məhsulları LDU-nun aqrar tədris təcrübə bazasında aqrar yönümlü ixtisasların tələbələri tərəfindən yetişdirilib. Artıq 3 ildir ki, ənənəvi olaraq icra edilən bu xeyriyyə missiyası tələbələrdə sosial məsuliyyət hissini gücləndirmək məqsədi daşıyır.
    Sosial xidmət müəssisələrinin rəhbərləri uşaqlara göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə və tələbə heyətinə minnətdarlıqlarını ifadə ediblər.

    Xatırladaq ki, LDU-nun 2.7 hektarlıq aqrar tədris təcrübə bazasında limon, narıngi, portağal, kivi, feyxoa və s. sitrus meyvələr yetişdirilir.






    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR