AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Həzi Aslanov” stansiyasının dalanında təmir işləri başa çatıb

  • + A
  • - A
  • Bu gün, 13:24

    “Həzi Aslanov” stansiyasının dalanında təmir işləri başa çatıb

    “Bakı Metropoliteni” QSC-nin “Həzi Aslanov” stansiyasının dalanında əsaslı təmir və yenidənqurma işləri tamamlanıb.

    Bu barədə Metropolitenin Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Məmməd Rzayev məlumat verib.

    Onun sözlərinə görə, dalan yolunun yenidən istismara verilməsindən sonra yaxın günlərdə “Həzi Aslanov–Əhmədli” mənzilində tətbiq olunan məkik hərəkət dayandırılacaq. Bununla da “İçərişəhər–Həzi Aslanov” istiqamətində qatarların hərəkəti təmirə qədər mövcud olmuş sxem üzrə bərpa ediləcək.

    Nəticədə Qırmızı xətdə qatarlararası interval pik saatlarda 2 dəqiqə, digər vaxtlarda isə 2 dəqiqə 30 saniyə olacaq. Dəyişikliklərlə bağlı əlavə məlumat ictimaiyyətə açıqlanacaq.

    Məmməd Rzayev bildirib ki, 1981–1987-ci illərdə inşa edilən dalan yolunun konstruksiya izolyasiyası qrunt suları və torpaq eroziyası nəticəsində zədələnib, metal konstruksiyalar isə ciddi korroziyaya məruz qalıb.

    Yenidənqurma zamanı tavan hissəsi istisna olmaqla, uzunluğu təxminən 1 kilometr olan dalanın infrastrukturu tam sökülərək yenidən qurulub. Altı vaqonlu qatarların qəbulunu təmin etmək məqsədilə hər bir yolun uzunluğu 20 metr artırılıb.

    Bundan əlavə, rabitə, elektrik təchizatı, fiber-optik kabellər, yanğın mühafizəsi, videomüşahidə, sanitariya, su-kanalizasiya və havalandırma sistemləri yenilənib.

    Qeyd edək ki, layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramının icrasına dair tədbirlər planı çərçivəsində həyata keçirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR