AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək

  • + A
  • - A
  • Bu gün, 11:50

    Alen Simonyan dekabrda Azərbaycana səfər edəcək

    Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabr ayında Azərbaycana səfər etməyi planlaşdırır.

    “Sputnik Ermənistan”ın məlumatına görə, Simonyan bu barədə jurnalistlərə açıqlamasında bildirib.

    “Gələn ay Azərbaycana səfərim olacaq, lakin Bakıya deyil”, – deyə o qeyd edib.

    Onun sözlərinə görə, səfər zamanı texniki məsələlərin və iki ölkə arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi nəzərdə tutulur.

    Qeyd edək ki, bu ilin iyununda Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Dilican şəhərində həmin ölkənin Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla işgüzar görüş keçirib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR