AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bloomberg: ABŞ-nin “George Washington” aviadaşıyıcı gəmisi Fars körfəzi regionunu tərk edib

  • + A
  • - A
  • Bu gün, 12:21

    Bloomberg: ABŞ-nin “George Washington” aviadaşıyıcı gəmisi Fars körfəzi regionunu tərk edib


    ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “George Washington” aviadaşıyıcısının rəhbərlik etdiyi zərbə qrupu Fars körfəzi regionunu tərk edib.

    Bu barədə “Bloomberg” agentliyi mənbələrinə istinadən məlumat yayıb.

    Məlumata görə, İrana qarşı həyata keçirilən dəniz blokadasında iştirak edən aviadaşıyıcı qrupun Yaponiyadakı daimi dislokasiya yeri olan Yokosuka hərbi-dəniz bazasına doğru hərəkət etdiyi ehtimal olunur.

    “George Washington” aviadaşıyıcısı avqust ayında Yaxın Şərqə göndərilmişdi.

    Onun regiondan ayrılmasından sonra Yaxın Şərqdə ABŞ-nin daha iki aviadaşıyıcı zərbə qrupu qalacaq. Bunlar “George H.W. Bush” və “Theodore Roosevelt” aviadaşıyıcılarının rəhbərlik etdiyi qruplardır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR