NYT: Tramp İrana yeni hərbi zərbələr endirməyi nəzərdən keçirir

ABŞ Prezidenti Donald Tramp yeni kəşfiyyat məlumatları və İsrailin çağırışları əsasında İrana qarşı genişmiqyaslı hərbi zərbələrin növbəti mərhələsini həyata keçirməyi nəzərdən keçirir.
Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrinə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Tramp hələlik yekun qərar verməyib. Lakin o, İsrailin İranın raket və pilotsuz uçuş aparatları (PUA) arsenalını bərpa etməsi, həmçinin kimyəvi və bioloji silahların hazırlanması sahəsində irəliləyiş əldə etməsi ilə bağlı xəbərdarlıqlarını araşdırır.
Məlumata əsasən, ABŞ lideri regionda Amerika hərbi mövcudluğunun güclənməsini İrana zərbə endirmək üçün yaranmış əlverişli imkan kimi qiymətləndirir.
Bununla yanaşı, Ağ Ev administrasiyasında kəşfiyyat məlumatlarının etibarlılığı və İrana qarşı yeni hərbi əməliyyatın məqsədəuyğunluğu ilə bağlı ciddi fikir ayrılıqları mövcuddur.
NYT qeyd edir ki, bu fikir ayrılıqları xüsusilə ABŞ-də keçirilən aralıq seçkilərdən sonra daha da aktuallaşıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.