Mediada Qarabağ Universitetinin tələbələri arasında baş vermiş insidentlə bağlı yayılan məlumatlara aydınlıq gətirilib.
Universitetdən bildirilib ki, tələbələr arasında yaşanan mübahisə təhsil müəssisəsinin ərazisindən kənarda qeydə alınıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılıb və qanunvericiliyə uyğun müvafiq hüquqi qiymət verilib.
Həmçinin vurğulanıb ki, sözügedən hadisə ilə əlaqədar heç bir tələbənin Qarabağ Universitetindən xaric edilməsi barədə qərar qəbul olunmayıb.
Universitet media nümayəndələrini yayımladıqları məlumatların dəqiqliyinə diqqət yetirməyə, rəsmi mövqe və əlavə məlumat əldə etmək üçün universitetin mətbuat xidməti ilə əlaqə saxlamağa çağırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.