AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Günəş sisteminin kənarında Yer kürəsindən iki dəfə böyük naməlum planet aşkarlanıb?

  • + A
  • - A
  • Bu gün, 18:50

    Günəş sisteminin kənarında Yer kürəsindən iki dəfə böyük naməlum planet aşkarlanıb?

    Beynəlxalq alimlər qrupu Neptunun orbitindən kənarda yerləşən, kütləsi Yerdən iki dəfə böyük olan naməlum planetin mövcudluğu ilə bağlı yeni hipotez irəli sürüb. Tədqiqatın nəticələri Monthly Notices of the Royal Astronomical Society (MNRAS) elmi jurnalında dərc olunub.

    Tədqiqat müəlliflərinin fikrincə, bu naməlum göy cisminin cazibə qüvvəsi cırtdan planet Sednanın və Günəş sisteminin ucqar bölgələrində yerləşən bir sıra digər obyektlərin qeyri-adi dərəcədə uzanmış orbitlərini ən yaxşı şəkildə izah edir.

    Alimlər elmi məqalədə bildirirlər: «Əldə etdiyimiz nəticələr uzaq və sabit orbitdə yerləşən, hələ kəşf edilməmiş planetin mövcudluğunu təsdiqləyir».

    Tədqiqatda ehtimal olunan göy cisminə şərti olaraq Planet X2 adı verilib.

    Astronomların hesablamalarına görə, bu planet Günəşdən 350–500 astronomik vahid məsafədə yerləşir. Qeyd edək ki, bir astronomik vahid Yerlə Günəş arasındakı məsafəyə bərabərdir.

    Müqayisə üçün bildirək ki, Neptun Günəşdən təxminən 30 astronomik vahid uzaqlıqda dövr edir. Bu isə o deməkdir ki, ehtimal olunan yeni planet Günəşdən Neptunla müqayisədə 12–16 dəfə daha uzaqda yerləşir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR