AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Politico: ABŞ Konqresində demokratlar Ukraynaya milyardlarla dollarlıq yardım paketi hazırlayır

  • + A
  • - A
  • Bu gün, 13:10

    Politico: ABŞ Konqresində demokratlar Ukraynaya milyardlarla dollarlıq yardım paketi hazırlayır

    ABŞ-ın Demokratlar Partiyası noyabr ayında keçirilən aralıq seçkilərdən sonra Konqresdə nəzarəti ələ keçirməsi fonunda 2027-ci ilin əvvəlində Ukraynaya yeni və böyük həcmli hərbi yardım paketini təsdiqlətməyi planlaşdırır.

    Bu barədə “Politico” nəşri qanunvericilərə istinadən məlumat yayıb.

    Nəşrin yazdığına görə, demokratların aparıcı nümayəndələri gələn ilin əvvəlində Kiyevə milyardlarla dollar dəyərində hərbi yardımın ayrılmasını nəzərdə tutan qanun layihəsini Konqresdən keçirməyə çalışacaqlar. Bu təşəbbüs ABŞ Prezidenti Donald Trampın mövqeyi ilə ziddiyyət təşkil edə bilər.

    Məlumata əsasən, hazırlanmaqda olan yardım paketi yalnız silah və hərbi texnika ilə məhdudlaşmayacaq, həmçinin humanitar dəstəyi də əhatə edəcək.

    Təşəbbüsün əsas məqsədi Konqresdə prezident Donald Trampın mümkün vetosunu dəf etməyə imkan verəcək səs çoxluğunu formalaşdırmaqdır.

    Qeyd edək ki, demokratların bu planı ABŞ-ın Ukraynaya gələcək dəstəyinin həcmi və forması ilə bağlı Vaşinqtonda siyasi müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR