AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ancaq toylarda və metroda virus kəskin yayılır? - ETİRAZ

  • + A
  • - A
  • 19-08-2021, 19:20

    Ancaq toylarda və metroda virus kəskin yayılır? - ETİRAZ

    Avqustun 18-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 4 129 yeni yoluxma faktının qeydə alındığı bildirilir.

    Məlumatı Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Bildirir ki, son bir sutkada 968 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID 19 test nəticəsi müsbət çıxan 20 nəfər isə vəfat edib.

    İqtisadçı Natiq Cəfərli hesablama aparıb. Deyir: “2020-ci ilin 17 avqustunda virusa yoluxma sayı cəmi 124 nəfər olub. Həmin gün virusa yoluxmuş 2 nəfər həyatını itirib”. İqtisadçı bildirir ki, həmin vaxt ölkədə bir nəfər də vaksin vurdurmamışdı:

    “Həmin günə qədər ölkədə cəmi 32 min nəfər virusa yoluxub və sağalmışdı. Xatırlayırsınızsa, 2020-ci ilin avqustunda karantin rejimi xeyli yumşalmışdı, sms - icazə ləğv edilmişdi, kafe-restoranlar çalışırdı.

    Amma bu ilin eyni dövründə yoluxma sayı 3 min - 4 mindir. Ölüm sayı isə 20 nəfərə yaxındır. Necə olur, bu günədək 340 min nəfər virusa yoluxub və sağalıb, onlarda təbii immunitet yaranıb. Ölkədə vurulan vaksinlərin ümumi sayı isə 5 866 215, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 3 473 806, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 2 392 409 təşkil edir. Keçən ilin avqustu ilə müqayisədə bir toylara, bir də metroya icazə var, qalan hər şey 1 il öncə də var idi. Deməli, ancaq toylarda və metrodamı virus kəskin yayılır?”

    İqtisadçı deyir ki, düzdür, virusa yoluxub sağalanlar da, vaksin vurulanlar da yenidən yoluxa bilərlər. Bunu elm də deyir, yeni ştammlar daha çox yayıla bilir, bunu da anlayır:

    “Amma israrla deyilən o idi ki, təbii immunitet qazananlar və vaksin vurulanlar xəstəyili daha yüngül keçirməli, ölüm sayı azalmalıdır. Bu günlərdə isə hər gün 20-dək adamın virusdan öldüyü açıqlanır. Pandemiyanın yoluxmanın pik nöqtəsində ən çox 4451 yoluxma halı olmuşdu, maksimal ölüm sayı da, səhv etmirəmsə, 25 civarında idi və o zaman vaksinləşmə başlamamışdı. Sual yaranır ki, bu sürətlə vaksinləşmə getsə (günə 1 ci doz ortalama 40000 min, hər iki doz alan isə 20 min olur) il sonuna, demək olar ki, ölkədə hamı vaksinləşmiş olacaq, bəs o zaman bu iş hara gedəcək? Nə deyəcəklər?”

    İqtisadçı bildirir ki, ən çox əhalisi vaksinləşmiş ölkələrin də nümunəsi böyük suallar doğurur:

    “Məsələn, dünyada BƏƏ-i vətəndaşlarına ən çox vaksin vurmuş ölkədir - 82 faiz əhalisi vaksinləşib. Həmin ölkədə son 1 həftədə hər gün ortalama yoluxma halı 1500-dür, ölüm halı isə son həftədə günə ortalama 5 nəfərdir. Ölkə qapalıdır, çox az sayda turist qəbul edir, sərhəddə ən sərt yoxlamalar var, ölkəyə gələnlər karantin rejiminə keçir, hər 3 gündən bir test verir - yaxşı, bütün bunlardan sonra necə olur ki, BƏƏ-də yoluxma halı günə 1500-lərdə, ölüm halı isə günə 5 nəfərdir? Yaxşı, birdən deyərsiz ki, Birləşmiş Ərəb Əmirliyindən nə doğru statistika gözləyəsən, olsun, Avropada ən çox vaksin olunan ölkə Portuqaliyadır, əhalinin 70%-dan çoxu vaksinləşib. Son 1 həftədə ortalama yoluxma günə 2500, ölüm halı isə günə 19 civarındadır”.

    Natiq Cəfərli TƏBİB-dən tələb edir ki, normal statistika açıqlamağı öyrənsinlər. Məsələn, avqustun 17-də virusa yoluxan 3322 nəfərin neçəsi təkrar yoluxub, bunu açıqlasınlar:

    “Yaxud onlardan neçə nəfər 2 doz, neçə nəfər 1 doz alan vətəndaşımız təkrar bu bəlaya düçar olub? 18 nəfər həyatını itirən vətəndaşlarımızdan neçə nəfəri vaksinləşmişdi, və ya, əvvəl virusa yoluxmuşdumu? Detallı məlumat olmayınca vətəndaşların TƏBİB-in açıqladığı rəqəmlərə şübhə ilə yanaşmağa haqları olacaq...“.

    Ən son açıqlanan rəsmi statistikaya görə, indiyədək Azərbaycanda ümumilikdə 377 304 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 341 142 nəfər müalicə olunaraq sağalıb, 5 208 nəfər isə vəfat edib.

    Bu günə olan aktiv xəstə sayı isə 30 954 nəfərdir:

    “Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 740, bu günə qədər isə ümumilikdə 4 252 882 test icra olunub”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR