AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ölkə üzrə payız ağac əkini davam edir

  • + A
  • - A
  • 2-11-2021, 22:17


    IDEA İctimai Birliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl Marafon” kampaniyası çərçivəsində ölkə ərazisinin meşə və qeyri-meşə fondu torpaqlarında ağacəkmə tədbirləri davam edir.

    Nazirliyin Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova Azadmedia.az-a bildirib ki, payız ağac əkini başlayandan bu günədək ölkə ərazisində ümumilikdə 108 hektar ərazidə 125 235 ədəd müxtəlif cinsli ağac əkilib, meşəbərpaya kömək məqsədilə 1320 kiloqram toxum səpilib.

    S.Məmmədova ictimaiyyət nümayəndələrini, dövlət və özəl təşkilatları, təbiətsevərləri bu nəcib təşəbbüsə qoşulmağa və ağacəkmə tədbirlərində yaxından iştiraka dəvət edib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR