AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qarabağ qazisi ədliýyə işçilərinə təşəkkür etdi

  • + A
  • - A
  • 28-04-2022, 09:00

    Qarabağ qazisi ədliýyə işçilərinə təşəkkür etdi

    Qarabağ qazisi Elçin Nəsirov Azadmedia.az-a məktub yazaraq ona diqqət göstərən xanım hakimlərə təşəkkür edib. Məktubu olduğu kimi dərc edirik
    "Hörmətli redaksiya !
    Bu məktubu fərəh hissi ilə Sizə ünvanlayıb bildirmək istərdim ki, bir ildən çox çəkən məhkəmə prosesimdə Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı və Yasamal rayon məhkəməsinin hakimi Xəlilova Təhminə Cəmil qızı mənim problemimi dərindən araşdırıb ədalətli qərarın verilməsinə nail oldular. Hər iki xanımın işində peşəkarlığı proses boyu özünü göstərdi. Bu gün ölkəmizdə belə cəsarətli, peşəkar və savadlı hakimlərin olması dövlətimizin bu sahəyə diqqətin nəticəsidir. Belə cəsarətli hüquq müdafiəçilərimiz nə qədər çox olarsa, vətəndaşlarımızın hüquqlarının pozulması halları da minimuma enir.
    Bir daha göstərdikləri peşəkar hüquqi yardıma görə səmimi təşəkkür edərək şəhərimizdə belə nəcib, vicdanlı, layiqli mütəxəssislərin olduğuna görə minnətdarlığımı ifadə edirəm. Hər iki hakim maraqlarımın məhkəmədə təmsil olunması zamanı əla hüquqşünas olduqlarını sübut etdilər. Onların peşəkarlığı və bacarıq, dürüstlük, ədalətlilik prinsipləri mənim vətəndaş hüququmun bərpası ilə nəticələndi. Vətəndaşlara da tövsiyyəm budur ki, belə savadlı mütəxəssislərə inansınlar.
    Hörmətlə
    Elçin Nəsirov,
    Suraxanı rayon sakini"


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR