AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biridir

  • + A
  • - A
  • 9-07-2022, 15:02

    Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biridir

    İbrahim Cəfərov,
    ADAU-nun rektoru

    Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. Qurban bayramı İslam dünyasında ən müqəddəs bayramlardan biri sayılır. Ölkənin bütün məscidlərində bayram namazı qılınır.
    Bu müqəddəs gündə müsəlmanlar Allaha olan sədaqətlərini nümayiş etdirmək üçün qurban kəsirlər. İnsanların birliyinə, bir-birinə qarşılıqlı hörmət etməsinə xidmət edən bu bayram təkcə dini deyil, bütün dəyərlərin möhkəmlənməsində əhəmiyyət daşıyır.
    Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli “Azərbaycan Respublikasının bayramları haqqında” qanuna əsasən, Qurban bayramı Azərbaycanda dövlət səviyyəsində bayram edilir.
    Azərbaycan xalqı artıq ikinci ildir ki, Qurban bayramını Qələbə ab-havasında qarşılayır və bu bayram işğaldan azad edilən ərazilərimizdə də qeyd olunur.
    Prezident İlham Əliyevin Qurban bayramı münasibətilə xalqımıza təbrikində dediyi kimi, müsəlman aləmi ilə mənəvi həmrəyliyimizi nümayiş etdirən dini bayramlar, o cümlədən Qurban mərasimləri hər il ölkəmizdə böyük təntənə və ruh yüksəkliyi ilə qeyd olunur, Allahın adına qurbanlar kəsilir, dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir.
    Bu gün imkanlı şəxslər imkanı olmayanlara qurban sovqatları paylayacaq. Bütün evlərdə bayram əhval-ruhiyyəsi hökm sürəcək. Sonda rəhbərlik etdiyim ADAU ailəsi adından bütün xalqımızı təbrik edirəm.
    Qurban bayramınız mübarək olsun!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR